Sosial
Şəhid övladları "Əsgərə salam" layihəsində - FOTO/VİDEO
Onun məsum baxışlarında hələ atasızlıq kədəri yoxdur. Körpədi hələ... Böyüdükcə, yaşa dolduqca atasının kim olduğunu anlayacaq. “Sən şəhid oğlusan!” sözlərini qürurla dinləyəcək. Atasızlığını hiss edəndə bu müqəddəs ad ona təsəlli gətirəcək, həyat eşqi və mübarizə ruhu aşılayacaq. Bu gün isə o, şəhid atasının silahdaşları üçün, bütün cəmiyyət üçün bir əmanətdir. Şəhid əmanəti!”
Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə daha bir şəhid övladı qoşulub. Bu, iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı qəhrəmancasına şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət edən baş əsgər Elşad Dönməz oğlu Məmmədovun oğlu Məhəmməddir. Şəhidin döyüşçü dostları onun əmanəti olan övladı və valideynləri ilə birlikdə fotoobyektiv qarşısında dayanıblar. Bu ordumuzun gücünün və xalqla birliyinin təcəssümü, müqəddəs amal uğrunda həyatını qurban verən şəhidlərimizin ruhuna ehtiramın və şəhid ailələrinə qayğının bariz ifadəsidir.
Azərbaycan Ordusunun rəşadətli hərbi qulluqçularının şəhid ailəsi ilə görüşündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul nümayəndələri də iştirak ediblər. Onlar uzun müddətdir davam edən hərbi-vətənpərvərlik aksiyasına qoşulduqlarına görə şəhid Elşad Məmmədovun ailəsinə və döyüşçü dostlarına minnətdarlıq bildiriblər.
Tovuz istiqamətindəki döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin övladları da "Əsgərə salam" layihəsində iştirak edirlər. Onların hərbi salamlama vəziyyətində çəkdirdikləri fotoşəkillər sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, bu ilin əvvəlindən etibarən gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana etimadını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir. Layihədə iştirak edənlər, kollektiv və ya fərdi şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək öz sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar. Layihəyə qoşulanların sayı artıq yüz mini ötüb. Layihə çərçivəsində, həmçinin, “Əsgərə salam” adlı fləşmob, futzal turniri, inşa müsabiqəsi təşkil edilib. Layihədə iştirak etmək istəyənlər hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həştəqi ilə paylaşa bilərlər.
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı










.jpg)


























