Sosial
Aqressiya, daxili konflikt... - Virtual ünsiyyətin uşaqlarda yaratdığı PROBLEMLƏR
Bir neçə gündür ki, ümumtəhsil müəssisələrində yeni tədris ili başlayıb və şagirdlər əyani, distant formada təhsil alırlar. Şagirdlər distant təhsil zamanı internetdən istifadə edirlər ki, bu zaman müxtəlif problemlər üzə çıxır.
Bəs uşaqları virtual dünyada, internet aləmində mövcud zərərli informasiyalardan necə qorumaq olar?

Multimediya Sistemləri İctimai Birliyinin sədri Osman Gündüz Publika.az-a açıqlamasında bildirib ki, əvvəllər uşaqlar daha çox məktəbdə olurdu və orada da internet süzgəcdən keçirilirdi, belə demək mümkünsə bu, “Halal internet” idi: “Çünki bu haqda qanunvericilik var ki, məktəbə verilən internet süzgəcdən keçirilməlidir. Orada zərərli informasiyalar verilmir və bununla bağlı bəlli sistem qurulub. Məktəbdə uşaq üçün elə bir təhlükə yox idi. Ancaq evlərdəki internet adi internetdirsə, onda uşaqlar üçün təhlükə realdır. Eyni zamanda qanunvericiliyə görə, “Telekommunikasiya haqqında” qanuna da dəyişiklik edilib. Həmin qanuna görə, valideynin ixtiyarı çatır ki, provayderdən “Halal internet” tələb etsin. Yəni təmizlənmiş, süzgəcdən keçirilmiş internet olsun. Provayderin də borcudur ki, qanuna görə hansı valideyn bunu tənzimləyə bilmirsə, həmin interneti təqdim etsin. Evlərdə bacarığı olan valideynlər özləri bunu tənzimləyə bilir ki, uşaqlar qorunsun. Əgər bu belə deyilsə, problem mövcuddur. Aidiyyəti qurumlar olan Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti bununla bağlı həyəcan siqnalı çalmalıdır və uşaqları qorumaq üçün müvafiq tədbirlər görməlidirlər”.

Psixoloq Vəfa Əkbər isə qeyd edib ki, uşaqların məktəbə getməsi, sosiallaşma, adaptasiya və öz sinif yoldaşlarını görmələri onların pandemiya dövründə yığdıqları gərginliyi bir növ azaldır: “Çünki onlar real ünsiyyətə girəcəklər. Ancaq süzgəcdən keçirilməmiş internet və sosial şəbəkə asılılığına gəldikdə isə, əgər bir insanda bu meyillilik varsa, mövcud proses bunu artırır. Çünki onların evdə istədikləri məşğuliyyət yetərincə deyil, öz üzərlərində kifayət qədər işləmirlər. Əksər hallarda valideynlər başları dinc olsun deyə uşaqların internetdən istifadəsinə göz yumduqları üçün həmin uşaq qarşısına portal və yaxud sayt çıxdıqda onu izləyirsə, bu valideyn diqqətsizliyidir. Əgər valideyn diqqətsizdirsə, uşaq internetdən az istifadə etsə belə lazımsız informasiyanı əldə edəcək. Ancaq valideyn nəzarəti və eləcə də uşaqla qarşılıqlı alyans güclü qurulubsa, o zaman tamam fərqli olacaq. Yəni burada diqqət anlamı və valideyn-uşaq münasibəti çox önəmlidir. Əgər bu iki faktor diqqətdə qalarsa, qorxmağa gərək yoxdur. Uşaqların internetdən doğru istifadəsi onların doğru informasiya alması deməkdir”.
Psixoloq onu da vurğulayıb ki, mövcud vəziyyətlə bağlı uşaqlarda daxili konflikt, aqressiya artır, ünsiyyət qurmağa ehtiyac duymadıqları üçün özlərinə qapanırlar: “Ünsiyyəti virtuala çevirirlər. Öz fikirlərini ifadə etməyə cəhd etmirlər. Ona görə də gələcəkdə özlərini təqdimatda, ifadə etməkdə çətinlik çəkəcəklər”.
Nigar
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



.png)















.jpg)
.jpg)





