Sosial
Bahar Muradovadan ÇAĞIRIŞ: Zorakılığı dayandırın!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender əsaslı zorakılıqla mübarizə məqsədilə başladılan "Qadınlara və qızlara dəstək olaq" layihəsi çərçivəsində çağırış edib.
Publika.az-ın xəbərinə görə, o deyib ki, bu gün dünyada və Azərbaycanda geniş yayılmış gender əsaslı şiddətin əksər hallarda normal qarşılanması, mentalitet, ailə dəyərlərinin tərkib hissəsi kimi dəyərləndirilməsi cəmiyyət və dövlət orqanlarının onunla ciddi mübarizə aparmasına mane olur.
B.Muradova vurğulayıb ki, Dövlət Komitəsi öz fəaliyyətini beynəlxalq təcrübəyə, müvafiq milli qanunvericiliyə və bu əsasda qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq qurbanlara dəstək olmağa çalışır: "Həmçinin zorakılığı məhdudlaşdıran tədbirlərin yerinə yetirilməsini də koordinasiya edirik.
"Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cu illər üçün Milli Fəaliyyət planı"nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsini üçün səy göstəririk. Statistik məlumatlara əsasən, 2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1 308 cinayət törədilmiş, bu cinayətlər üzrə 1 358 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdır ki onlardan 1038 nəfəri qadındır. Dövlət Komitəsinə daxil olan müraciətlər, KİV-də və sosial şəbəklərdə yayılan məlumatlar da tərəfimizdən araşdırılır. Müvafiq dövlət orqanları, qeyri-dövlət yardım mərkəzləri ilə əlaqəli fəaliyyətimiz davam edir.
Bu il də noyabrın 25-i 16 günlük fəallıq kompaniyası çərçivəsində Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və BMT-nin İnkişaf Proqramı qadınlara qarşı zorakılığın təməl səbəblərini aradan qaldırmaq üçün birgə layihəyə start vermişdir.
Biz tərəfdaşlarımızla birgə güclünün zəif üzərində hökmranlığını dəstəkləyən sosial normalara qarşı vahid cəbhədə birləşərək qadın hüquqlarının təmin edilməsi və hər cür zorakılıqdan qorunması üçün birgə çalışacağıq, imkanlarımızı səfərbər edərək insan ləyaqətini alçaldan, ona fiziki, iqtisadi və psixoloji zərər vuran bu sosial bəlaya qarşı mübarizə aparacağıq.
Cəmiyyətimizin hər bir fərdinin sevgi və qayğıya layiq olduğunu nəzərə alaraq, hər kəsə və hamıya "gəlin gücümüzü deyil, sevgimizi göstərək" deyəcəyik".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)

























.jpg)


