Sosial
Zibil atmaq üçün icazə alınmalıdır? - RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.
DİN Mətbuat Xidmətindən bildirilib ki, məişət tullantılarının atılması məqsədilə evdən çıxmağa icazə almaq tələb olunmur: “Lakin bu hüquqdan sui-istifadə edilməməli, vətəndaş məişət tullantısını atdıqdan dərhal sonra evinə qayıtmalıdır”.
Həmçinin, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır.
“İcaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, 8103 nömrəsinə SMS göndərməklə və “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə alan şəxslərin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətinə icazə verilir. (qafqazinfo)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)




















.jpg)

.jpg)