Peyvənd olunan şəxslər bu halda koronavirusa yoluxa bilər: ƏGƏR... - Həkim AÇIQLADI
Bizi izləyin

Sosial

Peyvənd olunan şəxslər bu halda koronavirusa yoluxa bilər: ƏGƏR... - Həkim AÇIQLADI

“İstənilən infeksion xəstəliyin profilaktikasında ən yaxşı vasitə vaksindir. COVID-19 da infeksion xəstəlik olduğu üçün onun profilaktikasında ən effektiv vasitə vaksin hesab olunur”.

Bu sözləri Publika.az-a danışan allerqoloq-pulmonoloq Ramin Nəriman deyib.

Həkim bildirib ki, dünyada bir neçə koronavirus əleyhinə vaksin var və onlardan ən effetivlərindən biri Çinə məxsus olan “Sinovac” peyvəndidir: “Digər tərəfdən, həm də “Sinovac” COVID-19 əleyhinə olan peyvəndlərdən fərqli olaraq canlıdan alınmış vaksindir. Ona görə də düşünmək olar ki, praktik olaraq onun effektivliyi daha yüksək olacaq. “Sinovac”ın effektivliyi 91-97 faiz civarında qiymətləndirilir. Əgər peyvəndin effektivliyi 70 faizdən yüksəkdirdə, o keyfiyyətli hesab olunur. Azərbaycana gətirilən peyvənd də “Sinovac”dır və o effektli vaksindir”.

R.Nərimanın sözlərinə görə, vaksinasiya COVID-19 infeksiyasının idarə olunann formaya gəlməsinə səbəb olacaq: “Peyvənd olunma ağırlaşmaların kifayət qədər qarşısını alacaq. Ancaq nəzərə almaq lazımdır ki, bütün peyvəndlər kimi koronavirus peyvəndinin də əlavə təsirləri müşayiət oluna bilər. Amma bu, o demək deyil ki, koronavirus əleyhinə vaksindən imtina eləmək lazımdır. Çünki əlavə təsirlər çox az faiz nisbətində müşahidə olunur. Lakin peyvənd olunmanın hesabına milyonlarla insanın həyatı xilas ola bilər. Vaksinasiyanın həyata keçirilməsi dünyada olduğu kimi, Azərbaycanda da öz müsbət rolunu oynayacaq. Çünki vaksin ən azından infeksiyanı idarə oluna bilən vəziyyətə gətirib çatdıracaq”.

Həkim qeyd edib ki, COVID-19 əleyhinə peyvəndin vurulması o demək deyil ki, pandemiya başa çatıb. Vətəndaşlar bu prosesdən bir müddət sonra da qaydalara əməl etməlidir: “Vaksin olunan şəxsin bir daha yoluxmayacağı və ya xəstələnməyəcəyi ilə bağlı fikilər yanlışdır. Koronavirus əleyhinə peyvəndin ilk dozası vurulandan 3 həftə sonra təkrar doza vurulur. İkinci doza vurulandan bir müddət sonra COVID-19 əleyhinə immunitet formalaşır. Peyvəndin ilk dozasının vurulması ilə immunitetin formalaşması arasındakı müddət 4-6 həftə və ya ondan çox ola bilər. Bu müddət ərzində şəxsin COVID-19 əleyhinə peyvənd olunmasına baxmayaraq o, yoluxa bilər. Çünki bu müddət ərzində o şəxsdə immunitet formalaşmayıb.

Ona görə də koronavirus əleyhinə peyvənd olunan şəxslər əvvəlki qaydada 4-6 həftə müddətində özlərini virusdan qorumalıdırlar. Yəni, fərdi qoruyucu vasitələri - maska istifadə etməli, sosial məsafəni qorumalı və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm