Sosial
Qazimiz yüksək texnologiyalı protezlərlə təmin edildi - VİDEO
Vətən müharibəsində şərəfli döyüş yolu keçən Abdulla Abdullayev döyüşlərin birində ağır yaralanaraq hər iki ayağını itirib.
Prezident İlham Əliyevin sərəncamı ilə o, “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Publika.az-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abdulla Abdullayevi yüksək texnologiyalı protezlərlə təmin edib.
Mingəçevir şəhər sakini olan Abdulla bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Mərkəzdə ilkin müayinəsi və müvafiq işlər aparılıb. Müəyyən hazırlıq mərhələsindən sonra isə Abdulla hər iki ayağı üçün yüksək texnologiyalı protezlərlə təmin olunub.
Xatırladaq ki, Nazirlik ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb. Artıq 15 hərbçi müasir protezlərlə təmin olunub və bu sahədə işlər davam edir.
Abdulla haqqında qısa videoçarxı təqdim edirik:
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi










.jpg)
























.jpg)

.jpg)