Sosial
FHN-in Akademiyasında təlim-məşq keçirildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bazasında Yanğın təhlükəsizliyi fakültəsinin kursantlarının bilik və bacarıqlarının artırılması məqsədilə “Yanğın qəza-xilasetmə işinin aparılması taktikası” mövzusunda təlim-məşq keçirilib. Təlim-məşq FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Baş əməliyyat idarəsi, Dövlət Yanğından Mühafizə Xidməti və Nazirliyin Akademiyası tərəfindən təşkil olunub.
Publika.az xəbər verir ki, təlim-məşqin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, insanların təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirici məşğələ keçirilib, yanğın təhlükəsizliyinə dair məlumatlar verilib, suallar cavablandırılıb.
Tədbirin ikinci – praktik mərhələsində isə xüsusi təyinatlı texnikalar və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşqlər keçirilib.
Təlim-məşqə Nazirliyin yanğınsöndürən-xilasediciləri və həkim briqadası, 7 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
