Sosial
Xəzər dənizi sahilində 127 qanunsuz tikili müəyyən edilib
Son beş ildə Xəzər dənizi sahilində 127 qanunsuz tikili müəyyən edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli Fərmanının 3.2-ci bəndi ilə müəyyən edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlər mütəmadi olaraq davam etdirilir.
Məlumata görə, ötən dövr ərzində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik mühafizə zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti araşdırılıb, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2.1-ci bəndinin tələbləri pozulmaqla faktiki istifadə halları ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma - red.) nəzərdə tutulmuş əməllərin əlamətləri aşkar edilib, 127 hal üzrə tərtib olunmuş sənədlər tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib. (trend)
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı






.jpg)

.jpg)

.jpg)





.webp)


















