Sosial
“Açıq mikrofon”dan doğan vətəndaş məmnunluğu
Bu gün Abşeron rayonu, Novxanı kəndi, yeni yaşayış massivində (Novxanı stansiyasının yanında) “Azəriqaz” İB növbəti - ikinci “Açıq mikrofon” aksiyasını reallaşdırıb.
Publika.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, “Səyyar qəbul otaqları” vətəndaşların rahat şəkildə öz problemlərini səsləndirməsi üçün saat 10:00-dan 13:00-a qədər işlək vəziyyətdə olub. Birinci aksiyanın effektivliyi, “Açıq mikrofon”a qarşı yaranan güvən bu aksiyanın əhatə dairəsinə təsir edib. Belə ki, Bakının müxtəlif ərazilərində yaşayan vətəndaşlar Novxanıya gələrək, mövcud problemlərini səsləndiriblər.
Qeyd edək ki, “Açıq mikrofon” vasitəsi ilə səsləndirilən problem və təkliflər “Azəriqaz” İB-nin rəhbərliyi tərəfindən ən qısa müddətdə araşdırılaraq, həlli istiqamətində müvafiq göstərişlər veriləcək. Burada məqsəd vətəndaş məmnunluğuna maksimum dərəcədə nail olmaqdır. Bildiyimiz kimi, Cənab Prezident hər fürsətdə bəyan edir ki, hər bir dövlət qurumunun, hər bir məmurun ən ali işi vətəndaş məmnunluğunu təmin etməkdən ibarət olmalıdır. Yəni hər bir məmur birinci növbədə xalqın xidmətçisidir. “Səyyar qəbul otaqları” məhz bu tapşırığa adekvat olaraq öz fəaliyyətini tənzimləyir. “Açıq mikrofon” aksiyası mütəmadi olaraq təşkil olunacaq. Növbəti marşrut əvvəlcədən elan olunacaq.
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO









.jpg)


























