Sosial
Bu görüntülərdən DƏHŞƏTƏ GƏLƏCƏKSİNİZ: Çörək alarkən diqqətli olun! - VİDEO
Sumqayıtda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları çörəkbişirmə sexində yoxlamalar aparıblar. Məlum olub ki, sexin şəraiti heç bir standarta cavab vermir. Çörəklərin bişirildiyi qablar toz içərisindədir. Çörək bişirilən zaman mənşəyi məlum olmayan yağlardan istifadə edilir. Yoxlamalardan sonra müəssisənin fəaliyyəti dayandırılıb.
Publika.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində, vətəndaş Ruslan Namazova məxsus çörəkbişirmə sexində antisanitar vəziyyət hökm sürür.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardıqları yoxlamalar zamanı məlum olub ki, xəmirə qatılacaq maya qaydalarda göstərilən tempraturda saxlanılmır. Mənşəyi bilinməyən yağlardan istifadə edilir. Bir sözlə, insanların hər gün istehlak etdikləri çörək bərbad şəraitdə hazırlanır. Bu isə orqanizm üçün olduqca təhlükəlidir.
AQTA əməkdaşlarını görən sexin sahibi ərazidən uzaqlaşıb. Yoxlamalardan sonra çörəkbişirmə sexinin fəaliyyəti dayandırılıb.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)