Sosial
"Mall"larda vaksin pasportu BU QAYDADA yoxlanılacaq - YENİLİK
Ticarət mərkəzlərində COVID-19 pasportu üzrə yoxlamalar yeni təchiz edilmiş sistemlərlə sürətləndirilib.
COVID-19 üzrə vaksin pasportu və immunitet sertifikatının yoxlanılması səbəbilə yarana biləcək sıxlığın aradan qaldırılması, yoxlamanın asanlaşdırılması üçün ticarət mərkəzləri girişində yeni, sürətli yoxlama sistemləri quraşdırılıb.
28 Mall, Gənclik Mall, Dəniz Mall, Port Baku Mall, Gəncə Mall ticarət mərkəzlərinin yoxlama məntəqələrində quraşdırılmış bu cihazlar vasitəsilə ziyarətçilər vaksin pasportunda qeyd edilmiş QR kodu özləri skan edərək və ya şəxsiyyət vəsiqəsini cihazdan keçirərək sürətli şəkildə ticarət mərkəzinə daxil ola biləcəklər. Hər iki üsuldan istifadə zamanı vətəndaşın məlumatları ekranda birbaşa əks olunur və vətəndaş yoxlamanın nəticəsi üzrə sərbəst şəkildə, gözləmədən hərəkəti davam etdirə bilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq mümkündür.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi










.jpg)
























.jpg)

.jpg)