Sosial
Bu şəxslərə ünvanlı yardım verilməyəcək - RƏSMƏN AÇIQLANDI
Sosial şəbəkələrdə adına bir neçə mobil əlaqə nömrəsi olan vətəndaşların ünvanlı sosial yardımla bağlı müraciətinə rədd cavabı veriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Publika.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin müdiri Rasim Səfərov "Sosial saat" verilişində məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, yayılan məlumatlar doğru deyil.
"Şəxsin adına bir neçə mobil nömrə ola bilər. Sadəcə ərizə bəyannamədə bunu qeyd etmək lazımdır ki, həmin nömrələr vasitəsilə çəkilən xərclər düzgün hesablansın və bu da ünvanlı dövlət sosial yardımın təyin olunması zamanı nəzərə alınsın. Bəzən vətəndaşın özünün də xəbəri olmadan adında bir neçə nömrə olur. Biz də elektron sistemlər vasitəsilə yoxlama zamanı şəxsin adına olan nömrəni aşkarlayırıq və ərizədə bəyan edilmədiyi üçün imtina verilməsinə səbəb olur. Vətəndaşlar çəkinməsinlər. Adlarına nə qədər mobil telefon nömrəsi varsa, bəyan etsinlər. Bunlara çəkilən xərclər də kommunal xərclər kimi nəzərə alınır. Bu, gəlirlərin düzgün hesablanması baxımından labüddür".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
