Sosial
"İrəvandan Zəngəzuradək" təqdim edildi
Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: "İrəvandan Zəngəzuradək" kitabının təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc, mədəniyyət naziri Anar Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli və millət vəkilləri iştirak edib.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ərsəyə gətirilən kitabda tarixi və geosiyasi vəziyyət, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə baxışa yer verilib. Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib ki, kitabla bağlı aparılan tədqiqatlar Qərbi Azərbaycandakı maddi-mənəvi irsimizin mühüm bir hissəsi haqqında məlumat əldə etmə imkanı yaradıb.
O qeyd edib ki, bu tədqiqat Ermənistan ərazisindəki tarixi torpaqlarda azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkanı verir:
"Tədqiq edilən 244 abidədən 133-ü dağıdılıb, 51-i xaraba qalaraq erməniləşdirilib, istifadəyə yararlı 58 abidə erməniləşdirilib, 1 kilsə erməni kilsəsinə çevrilib, yararlı qalan 1 məscid isə fars məscidi kimi təqdim olunur. Abidələrdən 49 ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri barədə yerli və xarici mənbələrdən toplanan məlumatlar tərəfimizdən aparılan tədqiqat nəticəsində ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə olunub. Həmin siyahı daha da təkmilləşdirilib. Eyni zamanda, tədqiqat nəticəsində əvvəlcədən mövcud olan məlumatlar da yeni istinad və mənbələr əsasında yenidən işlənərək zənginləşdirilib, kitab kimi nəşrə hazır vəziyyətə gətirilib".
Zahid Oruc əlavə edib ki, kitabın bir neçə cilddə nəşri nəzərdə tutulur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
