Sosial
Samir Nuriyev Şahin Bağırovu kollektivə təqdim etdi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuş, DGK-nın sədri vəzifəsi həvalə edilmiş Şahin Bağırovu komitənin kollektivinə təqdim edib.
Publika.az xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında dövlət idarəetməsinin bütün sahələrində köklü islahatların aparıldığını vurğulayıb.
Qeyd edib ki, islahatların əsas məqsədi idarəetməni daha da təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətində şəffaflığa nail olmaq və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Samir Nuriyev dövlətimizin başçısının gömrük orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdırıb.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Gömrük Komitəsi sədrinin vəzifələrini icra edən Şahin Bağırov göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Şahin Bağırov gömrük xidmətində çalışan həmkarları ilə birlikdə dövlətimizin başçısının etimadını doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəyini və gömrük orqanlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmaqdan ötrü səylə çalışacağını vurğulayıb.
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"































