Sosial
Ruslan Əliyev Gədəbəydə vətəndaş qəbulu keçirdi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaş qəbulu keçirilir.
Publika.az SOCAR "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu məqsədi ilə avqustun 1-də Birliyin baş direktoru Ruslan Əliyev Gədəbəy rayonunda olub.
Baş direktor Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev ilə birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Sonra 2022-ci ilin avqust ayının şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Birliyin baş direktoru Gədəbəy rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Gədəbəy və Şəmkir rayon sakinlərini qəbul edib.
Yaşayış məntəqəsinin qazlaşdırılması, qaz sayğacının quraşdırılması, qapı keçidinin qoyulması və s. ilə bağlı 20 sakini dinləyən Birlik rəhbəri müraciətlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstərişlərini verib. Qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, bir qismi isə araşdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”








.jpg)























