Sosial
“Nar” ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi
“Nar” mobil operatorlar arasında ilk üztanıma texnologiyasının tətbiq edildiyi eSIM xidmətini təqdim etdi. Bu xidmət sayəsində həm mövcud, həm də yeni abunəçilər eSIM nömrəni heç yerə getmədən onlayn şəkildə əldə edə bilərlər. eSIM nömrəsini əldə etmək üçün esim.nar.az səhifəsində lazım olan məlumatları daxil edib QR kod vasitəsilə xidməti aktivləşdirə bilərsiniz.
Qeyd edək ki, SIM kartlarla müqayisədə bu xidmətin bir çox üstünlükləri var. eSIM xidməti nömrənin zədələnməsi, itməsi və ya dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zəruriyyətini aradan qaldırır, eləcə də telefonda əlavə nömrənin istifadəsinə şərait yaradır.
eSIM haqqında daha ətraflı məlumatı esim.nar.az səhifəsindən əldə edə bilərsiniz.
“Nar” haqqında:
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
Hadisə19:3015 yaşlı yeniyetmə kanalda boğulub öldü
-
Kriminal19:20Polis erkən nikahın qarşısını aldı
-
Dünya17:11Dünya liderlərinin neçə uşağı var? - 13 övladla rekorda imza atdı
-
Region16:37Paşinyandan rusiyalı jurnalistlərin istehzalı sualına cavab: Yaxşı ideyadır
-
Rəsmi xronika13:20Samir Şərifov sədr təyin edildi
-
Rəsmi xronika13:06Azərbaycanda Media və Yayım Şurası yaradıldı
-
Nida Xəbər 12:50Aytən Abdullayevaya vəzifə verildi
-
Elm və təhsil12:06Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar

















.jpg)

.jpg)







.jpg)







