Sosial
Metroda Müslüm Maqomayevin mahnıları səsləndirilir
Bu gün dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi şərəfinə "Bakı Metropoliteni" QSC-də onun mahnıları səsləndirilir.
Bu barədə Publika.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan xalqının böyük rəhmət və sevgi ilə andığı əbədiyaşar sənətkarın musiqi irsinə daim Bakı metrosunda xüsusi yer verilir. Böyük ustadın əziz xatirəsi ehtiramla yad edilir, səsləndirdiyi musiqi parçaları müxtəlif layihələrdə metropoliten sərnişinlərə təqdim olunur.
Bu gün metropolitenin stansiyalarındakı elektron monitorlarda M.Maqomayevin yubileyini xatırladan posterlər nümayiş olunur.
Bundan savayı, bütün metropoliten stansiyalarında dahi müğənninin sənətinə xüsusi ehtiram və hörmətin əlaməti olaraq, stansiyalarda onun ifasında hər kəsi heyran edən musiqi parçaları səsləndirilir.
Musiqi proqramına M.Maqomayevin zəngin repertuarından Azərbaycan və dünya xalqlarının dillərində ifa etdiyi mahnılar daxil edilib.
1942-ci ilin bu günündə Bakıda dünyaya göz açan böyük sənətkar keçmiş SSRİ-nin Xalq artisti adını daşıyır. O, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox medal, mükafatları və adları ilə təltif edilmiş M.Maqomayev 30-dan çox filmin musiqisinin müəllifidir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

















.jpg)







.jpg)


