Sosial
Hərbi qulluqçular arasında yarış keçirildi - FOTO
Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışa start verilməmişdən öncə hərbi qulluqçular təlimatlandırılıb. Qeyd olunub ki, birinciliyin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dözümlülüyünü artırmaq, onların kompas və xəritədən istifadə etmə bacarıqlarını təkmilləşdirməkdir.
Yarışlarda 7 komandanın 38 hərbi qulluqçusu mübarizə aparıb. İştirakçılar təyin olunan məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəflərin aşkarlanması tapşırıqlarını yerinə yetiriblər. Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 4 km məsafədə 10 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 3 km məsafədə 8 nəzarət nöqtəsini müəyyənləşdiriblər.
Quru Qoşunlarının və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən edib.
Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO










.jpg)


























.jpg)

.jpg)