Sosial
Turistlərin sayı artıb: STATİSTİKA bunu deyir, bəs REALLIQ? - ARAŞDIRMA
Dövlət Turizm Agentliyi 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən gələn turistlərin sayı ilə bağlı hesabat açıqlayıb. Hesabata görə, 8 ayda onların sayı 1 milyon 4.146 nəfər olub. Təkcə avqust ayında isə ölkəmizə 171.960 turist gəlib. Qeyd edilir ki, 8 ay ərzində gələn turistlərin sayı 2,6 dəfə, avqust ayında isə 2,2 dəfə artıb. Avqust ayında Azərbaycana ən çox turist Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Gürcüstan, Pakistan, Hindistan, BƏƏ, Küveyt, Oman, İsrail, Qazaxıstan, Özbəkistan, Belarusiya və Ukraynadan gəlib.
Əslində reallıq necədir? Azərbaycan hökuməti bu il quru sərhədləri bağlı saxladı, bu da qonşu ölkələrdən, onlar vasitəsilə xarici ölkələrdən turist axınını dayandırdı. Yalnız hava məkanı açıq qaldı ki, burada da təyyarə biletlərinin bahalığı xarici turizmə mənfi təsir etdi. Hesabatda isə xarici turistlərin sayında ciddi artımın olduğu göstərilir.
Turizm üzrə ekspert Cabir Dövlətzadə Publika.az-a açıqlamasında, bildirdi ki, yay aylarında həm ərəb, həm də post-sovet ölkələrdən Azərbaycana gələnlər çox olur:

“Ölkəmizdə iyun-avqust ayları yay turizmi mövsümünün ən yaxşı dövrü sayılır. Bu aylarda ərəb ölkələrindən, əsasən də Səudiyyə Ərəbistanından Azərbaycana güclü axın olur. Onların çoxu da beynəlxalq “DZR AİR” adlı avia-şirkətin xidmətindən istifadə edirdilər. Ancaq bu şirkətin fəaliyyəti bir müddət əvvəl dayandırıldı, bəzi ərəb ölkələrində isə sentyabrın 1-dən məktəblər açıldı. Bu da təbii ki, turstlərin azalmasına səbəb olacaq. Sərhədlər nə qədər tez açılarsa, ölkəmiz üçün o qədər uğurlu olar. Əsasən də Rusiyadan avtomobil yolu ilə gəlib ölkəmizdə dincəlmək istəyənlərin sayının artmasına səbəb olacaq. Onlar hər il ənənəvi olaraq sentyabr ayında səfər edirlər. Amma “Mir” ödəniş sisteminin Azərbaycanda tətbiq edilməməsi, onların bu sistemdən yararlana bilməməsi turist axınının qarşısını alır. Yəqin Dövlət Turizm Agentliyi və müvafiq qurumlar bununla bağlı nəsə fikirləşirlər”.
C.Dövlətzadə bildirdi ki, aviabiletlərin bahalığı, quru sərhədlərin bağlı qalması yerli vətəndaşların dincəlmək üçün yaxın xaricə getməsinin qarşısını alır:
“Buna görə də daxili turizmin imkanlarından istifadə etməyə məcbur olurlar. Belələrinin sayı həftə sonları daha çox olur. Bir çox ailələr isə məktəb açılana qədər bölgələrdə qalmağa üstünlük verirlər. Bundan başqa, yerli turizm operatorları bölgələrdəki istirahət mərkəzləri, otellərlə bir qədər ucuz qiymətə müqavilələr bağlayır, vətəndaşlara münasib tur-paketlər təklif edirlər. Beləcə, paytaxt sakinləri 1-2 günlük turlarla bölgələrdə istirahətini təmin edirlər. Hər iki amil daxili turizmin inkişafında müəyyən rol oynayır”.
Rövşən Ziya
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
