Sosial
Tədris ili başlayanda yoluxmalar da...
Yeni tədris ilinin başlanması ilə koronavirusa yoluxma sayı arta bilər.
Publika.az xəbər verir ki, bunu infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
Onun sözlərinə görə, yoluxma halları əsasən orta məktəblərdə və universitetlərdə ola bilər.
"Yoluxma hallarını artıra biləcək əsas səbəblər insanların bir yerdə toplaşması və mövsümə uyğun olaraq siniflərin az havalandırılmasıdır. Ancaq bu dəfə yoluxma halında güclü artım baş verməyəcək. Müşahidələrimizdən görürük ki, əvvəlki yoluxma dalğası sürətli gedirdi. Lakin son aylar dinamika aşağıdır. Bu da insanların çoxunun virusa yoluxub sağalması və peyvənd olunması ilə bağlıdır. Əhalidə kütləvi immunitet formalaşıb. Bu səbəbdən payız fəslində kütləvi və sürətli yoluxma gözlənilmir", - deyə infeksionist bildirib.
Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
(Trend)
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi










.jpg)
























.jpg)

.jpg)