Sosial
Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim keçirildi - FOTO
“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim keçirilib.
Büllur Məmmədova bildirib ki, görüşün əsas məqsədi Azərbaycan gənclərini bu sahədə daha məlumatlandırmaq, onlara bu bəla ilə daha fəal mübarizə aparmaq üçün əlavə motivasiya vermək və bu istiqamətdə görülən işlərə gəncləri cəlb etməkdir.
Sonra “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib.
Təlimdə işçi qrupunun sektor müdiri Raqif Allahverdiyev çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib.
Daha sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” bukletlər “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO










.jpg)


























.jpg)

.jpg)