Sosial
Zəfər Günü Sumqayıtda konsert və atəşfəşanlıq olacaq
Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Sumqayıt şəhərində möhtəşəm konsert və atəşfəşanlıq olacaq.
Publika.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev məlumat verib.
O bildirib ki, Azərbaycanın tarixi zəfərinin ikinci ildönümü münasibəti ilə keçiriləcək konsert proqramı Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək.
Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Faiq Ağayev, Mir Yusif, Aygün Kazımova, Mübariz Tağıyev, İlhamə Qasımova, Məleykə Əsədova, Təyyar Bayramov, Aytən Məhərrəmova, Amil Həsənoğlu, Sədəf Budaqova, İlkin Əhmədov və "Natiq" Ritm Qrupu iştirak edəcəklər.
Konsert proqramının aparıcıları tanınmış simalar - Saleh Bağırov və Lalə Azərtaş olacaq.
Konsert proqramı noyabrın 8-də saat 18.30-da başlayacaq və saat 21.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
