Sosial
Binə qəsəbəsində su kanalında antisanitar vəziyyət: “Əl yumağa iyrənirik” - VİDEO
Bakının Xəzər rayonu, Binə qəsəbəsində su kanalı antisanitar vəziyyətdədir.
Publika.az xəbər verir ki, bu barədə "Xezerxeber" video sujet hazırlayıb. Bildirilib ki, Mehriban Qonşular küçəsindən keçən kanalın içərisi məişət tullantıları ilə doludur. Ətraf xarabalığı xatırladır, üfunət baş çatladır.
Sakinlərin sözlərinə görə, əvvəllər kanalın suyundan yaxınlıqdakı bağların suvarılmasında istifadə olunub. Bir neçə ay bundan əvvələdək ətrafda zibil konteynerləri olub. Sonradan onların yoxa çıxması vəziyyəti çətinləşdirib:
“Əvvəllər bu sudan çay qoyulurdu, amma indi əl yumağa iyrənirik”.
Evləri kanalın lap yaxınlığında olanlar daha çox əziyyət çəkirlər.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsək də, suallarımıza cavab verilmədi.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)



























