Sosial
Bakıda insanlara dəhşət yaşadan "mərmər təhlükə" - Yalnız bu zaman deyirlər ki...
"Bu səhər maraqlı bir mənzərə var idi. Yollar mənə məşhur “İşdə məhəbbət macərası” filmini xatırlatdı. Elə həmin an qulağımda filmin “Xatirələr rəqsi” musiqisi səsləndi. Eynilə filmdə yer alan bir kadr kimi, qar yağır, küçələr izdihamlı, insanlar işə, işdən evə qaçır. Amma lənətə gəlmiş mərmərlər nostaljini yaşamağa qoymur..."
“Sənin ki bu qədər təmizliyin var, bağışlamaq olar soyuqluğunu... Mərhum şair Musa Yaqubun məşhur şeirindən iki misranı pıçıladayıb ulduztək üstümə səpələnən qarla nostalji yaşamağa çalışsam da bu lənətə gəlmiş sürüşkən mərmərlər soyuq vaxtımdan tutdu.. Mən bu dəfə “yaxşı qurtarsam da” bu günə qədər qarlı havalarda sürüşkən mərmər örtüklər səbəbindən yıxılaraq müxtəlif dərəcəli zədələr alan insanların xəstəxanalara yerləşdirildiyi də acı bir reallıqdır".
Sosial şəbəkəlrdə edilən bu paylaşımlar onu göstərir ki, insanları qarın yağması yox, qardan sonra mərmərlərin yaratdığı təhlükə narahat edir.
Bakıda bağ, səki, park, mağaza, yeraltı və yerüstü piyada keçidlərinin giriş-çıxışları və digər obyektlərin qarşısına sürüşkən mərmər üzlüklər döşəməklə, əlavə problemlər yaradıblar. Qəzəbli halda bu suala cavab tapmağa çalışırdım: Axı bunu edənlər fikirləşməyiblər ki, sabah bunun yağışı var, qarı var?!
Görünən odur ki, düşünən olmayıb. Şəhərin ümumi görünüşündə diqqəti cəlb edən, gözəl mənzərə yaransın deyə sözügedən yerlərdə mərmər qaplamalardan istifadə edilir. Düzünü demək lazımdırsa, mərmər örtüklər vizual olaraq gözəl görünür, amma xüsusilə də, belə qarlı-yağışlı havalarda insanların rahatlığı üçün uğurlu bir seçimin olmadığının şahidi oluruq.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Publika.az-açıqlamasında bildirib ki, icrası zamanı düşünülmədən görülən işlər sonda insanların zərər çəkməsi ilə nəticələnir. O hesab edir ki, yarana biləcək bütün problemlər və fəsadlar layihələrin prossesə cəlb olunmasından öncə təhlil və müzakirə edilməlidir.

“Təəssüflər olsun ki, bizdə prosses başa çatdıqdan sonra məsələlərə diqqət yetirilir. Bir sıra şəxslər var ki, dövlət satınalmaları zamanı ayrı-ayrı şirkətlərin prossesə cəlb olunması, yaxud şəxsi münasibətlərə digər subyektiv məqamlara əsaslanıb və qəbul olunan təkliflərin gələcəkdə yarada biləcəyi fəsadları nəzərə almadan bu addımları atırlar. Bəzən isə fikirləşirlər ki, Bakıda bir o qədər qarlı-şaxtalı hava şəraiti müşahidə edilmir. O səbəbdən düşünülməmiş qərarlar sonda belə acı nəticələrə gətirib çıxarır”.
R.Osmanlı bildirib ki, parklar, səkilər, və keçidlərin giriş-çıxışlarının önünə mərmərlərin döşənməsi zamanı daha çox vizuallıq ön plana keçir. Problemlər isə sonradan üzə çıxmağa başlayır.
“Sözügedən mərmərlər səbəbindən kimsə yıxılıb xəsarət alır. Onlar yalnız bu zaman deyirlər ki, “baxaq görək indi nə edə bilərik". Halbuki bütün bunlar haqqında işin icrası zamanı fikirləşməli idilər. Onda, sözsüz ki, insanların rahatlığı təmin olunar və hərəkətin iflic olduğu bir anda əlavə problemlərlə üzləşməli olmazdılar”.
Ekspertin sözlərinə görə, mərmər üzlük daşlar ya sökülüb yenisi ilə əvəzlənməli, ya da sürüşməyə qarşı olan materiallardan istifadə olunmalıdır.
“ Əlbəttə, bu da, büdcə vəsaitlərinin səmərəsiz istifadə olunmasına gətirib çıxarır və yenidən əlavə xərclərin yaranmasına səbəb olur”
Ayşən Rəhim
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı































.jpg)
.jpg)




