Sosial
Apreldən məktəblərdə yeni formalar tətbiq olunacaq? - AÇIQLAMA
Bakının bəzi məktəblərində rəhbərlik tərəfindən şagirdlərə aprel ayının 15-dən etibarən dərsə məktəb tərəfindən müəyyən olunmuş geyim formasında gəlmələri ilə bağlı göstəriş verilib.
Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya valideynlər müraciət ediblər.
Onlar bildirirlər ki, tədris ilinin sonunadək şagirdlərə yeni geyim formaları ilə yanaşı əvvəlki məktəbli formalarından istifadəyə icazə verilirdi. Lakin qəfildən verilən bu qərar onlarda narahatlıq yaradıb.
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması könüllülük əsasında tənzimlənir: “Şagirdlər ötən tədris ilindəki məktəbli geyimlərindən də istifadə edə bilər və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər.
Qeyd olunan məsələ ilə bağlı valideynləri maraqlandıran hər hansı sual olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur”.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin əvvəlində yeni geyim formalarının məcburi olmayacağını açıqlamışdı. Onun sözlərinə görə, artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

























