Sosial
Hacı Şahinin ölüm səbəbi AÇIQLANDI - RƏSMİ/VİDEO
TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb.
Bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.
Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb:
"Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".
***
08:48
Tanınmış ilahiyyatçı Hacı Şahinin ölüm səbəbi məlum olub.
Ailə üzvlərindən Publika.az-a bildirilib ki, Hacı Şahin bu gün səhərə yaxın - 5 radələrində səhər namazına qalxarkən ailə üzvlərinin gözü qarşısında ürəktutmasından vəfat edib.
Hacı Şahinin ürəyinə bir müddət əvvəl stent qoyulub. Dünən gecədən narahatlıq başlayıb və gecəylə həkimə gedib. Yoxlanışdan sonra evə qayıdıb və bir neçə saatdan sonra belə bir hadisə baş verib.
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq











.png)






















