Sosial
Ətin qiyməti yenə BAHALAŞACAQ - BU TARİXDƏN
Son vaxtlar paytaxtda və bölgələrdə ətin qiyməti durmadan artır.
Aylar öncə kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manata, kiloqramı 13-14 manata olan quzu ətinin qiyməti isə 17 manata təklif olunur. Ekspertlərin fikrincə, ətin mövcud qiyməti uzun müddət sabit qalacaq. Amma bahalaşan bu qiymətlər fermerlər kimi alıcıları da ciddi narahat etməyə başlayıb.
Publika.az xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bahalaşmaya səbəb olan amillərdən danışıb.
Onun sözlərinə görə, ətin bahalaşmasına ilkin səbəb bazarda ərzaq məhsullarının 50%- ə yaxınının qiymətindəki artımdır:
“Ətin qiymətinə təzyiqləri təsnifləşdirməli olsaq, səbəbi iki yerə bölmək olar. Biri xərc maddələrinin artması, yəni heyvan yemlərinin, otun, eləcə də heyvan bəslənməsi ilə bağlı xərclərin qarşılanmasıdır. Artıq qışın sonudur və otun, yemin tükənən vaxtıdır. Heyvanların bəslənmə xərci artdığına görə, bu, ətin maya dəyərinə təsir edir. Digər səbəb ümumi bazar qiymətlərinin bahalaşması ilə əlaqədardır. Bilirsiz ki, bazarda 50 faizdən çox məhsulun qiyməti bahalaşıb. Bu baş veribsə, digər 50 faizinin də qiymətlərinin artırılması qaçılmazdır”.
Ekspert bu ilin payızına qədər ətin qiymətinin sabit qalacağını vurğulayıb:
“Artıq aprel ayıdır və ot mövsümü başlayır. Otun birinci biçimi 15-20 gündən sonra başlayacaq və qiyməti bir qədər sabitləşəcək. Bunun ardınca yay mövsümü başlayır və istixanalarda, eləcə də açıq sahədə yetişdirilmiş kənd təsərrüfatı məhsulları bazara çıxacaq. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu ilin payızına qədər ətin qiyməti indiki formada sabit qalacaq. Bir məsələ istisnadır ki, ilin yay aylarında bazarlarda sıçrayışlı qiymət artımı olsa, bu, ətin qiymətinə də təsir edəcək. Ola bilsin ki, ətin qiyməti əlavə olaraq 1 manat da bahalaşsın”, - deyə Akif Nəsirli əlavə edib.
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi oldu - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı
-
Dünya16:37Vardanyanın dostu olan yazıçını Bakıya kim dəvət edib? - Kitabını çap edən nəşriyyatdan cavab gəldi
-
Magazin115:04Əməkdar artist Avropa tətilindən paylaşım etdi - VİDEO







.jpg)


















.jpg)

.jpg)
.jpg)







