Sosial
Molla rejimi bu "azərbaycanlı"ları üzərimizə göndərdi: Tehran yeni terror planlaşdırıb?
“Bu, İran hakimiyyətinin Azərbaycan diplomatik missiyası qarşısında son 1 ildə keçirdiyi 2-ci təxribat xarakterli aksiyadır. Aksiyalardan biri ötən ilin yayında Azərbaycanın Tehrandakı səfirliyi qarşısında keçirilmişdi. Səfirliyin qarşısında keçirilən “piketin” şüarları Bakıda iranyönlülərin irəli sürdüyü şüarlarla eyni idi. Bu onu göstərir ki, Bakıdakı iranpərsətlərlə onların əlaqəsi var. Və prosses vahid mərkəzdən idarə olunur”.
Bu sözləri Publika.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

“Son zamanlar İran Xarici İşlər Nazirliyinin və təmsilçilərinin ölkəmizə qarşı hədyan çıxışları, mediamıza qarşı etirazları “Hüseyniyyun”un Təbrizdəki konsulluğumüz qarşısında etdiyi təxribat bir-birinin davamıdır. İran hakimiyyəti Azərbaycan- İsrail əlaqələrindən narazıdır. Təbii ki, onun törəməsi olan sözügedən qruplaşmanın da eyni mövqedən çıxış etməsi normal haldır. Təbriz konsulluğuna şər-böhtan atmaq, ölkədəki diplomatik missiyaya qarşı bu şəkildə davranmaq, heç şübhəsiz beynəlxalq münasibətlərdə yolverilməz durumlardandır.
Digər tərəfdən isə İran tərəfi diplomatik missiyalara qarşı öz qaba terror əməlləri ilə daima seçilir. 1979-cu ildə ABŞ səfirliyinə hücum, oradakı diplomatları girov götürülməsi, Səudiyyə Ərəbistanın səfirliyinə qarşı hücum və Azərbaycanın Tehrandakı səfirliyinə hücum və s. kimi hadisələr İran rejiminin diplomatik missiyalara münasibətinin bariz göstəricisidir”,- deyə siyasi şərhçi bildirib.
S.Soltan qeyd edib ki, Təbrizdəki konsulluğun binası qarşısında “Hüseyniyyun” adlı qruplaşmanın təxribatı Tehran hakimiyyətinin göstərişi ilə həyata keçirilib: “Çünki ölkədə səfirliklər qarşısında bütün etirazları Tehran rejimi özü təşkil edir. Sözügedən təşkilat da Azərbaycana qarşı bəslədilən və hazırlanan qruplaşma olduğundan, konsulluq qarşısında bu tip aksiyaların keçirilməsi, dövlətə qarşı bu cür sayğısızlıq etməsi molla rejiminin oradakı gənclərə verdiyi təlim-tərbiyənin göstəricisidir. Hansı ki, həmin gənclər Azərbaycan vətəndaşlarıdır”.
Siyasi şərhçi vurğulayıb ki, indiyə qədər Tehran hakimiyyətinin yaratdığı və maliyyələşdirdiyi bütün qrupların qanunsuz fəaliyyətləri aşkarlanıb.
“Onların arasında terrorçuluq fəaliyyəti ilə məşğul olanlar da var. Məsələn “Fələstin İslami Cihad” hərəkatı terrorçu dəstə kimi dünyanın bir sıra ölkələrində tanınmaqdadır. “İran İnqilab Keşikçiləri” qvardiyası da eyni qəbildəndir. “Hüseyniyyun”un terrorçu təşkilata çevrilməsi də mümkündür, çünki əsasını İran rejimi qoyub. Onların (İran hakimiyyətinin) Tehranda konsulluqlara qarşı terror törətmək təcrübəsi var. Bu rejim belə cinayətləri törətməyə qadirdir. Təbrizdəki konsulluğun təhlükəsizliyinin təmin edilməsi İran hakimiyyətinin beynəlxalq normalara görə üzərinə götürdüyü öhdəliyə daxildir. Orada terror hücumunun baş verməsi ehtimalı var. Ola bilər ki, İran bunu özü etsin və “Hüseyniyyun”adı altında hallandırsın.
Beləliklə, göstərəcək ki, İran ərazisində öz dövlətinə qarşı olan Azərbaycan vətəndaşları - “Hüseyniyyun” var. Müxtəlif don geyindirmək üçün göstərəcəklər ki, onlar Azərbaycan dövlətinin xarici siyasət kursunun və Azərbaycan-İsrail münasibətlərinin tərəfdarı deyillər”.
Ayşən Rəhim
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı








.jpg)


.png)





.jpg)




.jpg)

.jpg)











