Sosial
Prezidentin Qazaxıstana səfərinin əhəmiyyəti - DETALLAR
"Qazaxıstan nəhəng dövlətdir. Torpaq sarıdan onların bəxti gətirib. Əhalisi bizdən o qədər də çox deyil, cəmi 80% artıqdır. Ərazisi isə bizdən 31 dəfə ( 3000 %) çoxdur. Dünyanın böyüklüyünə görə 9-cü ölkəsi Qazaxıstan, 111-ci ölkəsi isə Azərbaycandır. Belə bir ölkə ilə iqtisadi əməkdaşlığın yüksəldilməsi çox vacibdir".
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri fonunda ölkələrimiz arasındakı iqtisadi vəziyyəti şərh edərkən bildirib.
O, qeyd edib ki, 2022-ci ilə qədər iqtisadi münasibətlər ürəkaçan olmayıb: "Ticarət dövriyyəmizin ən yuxarı səviyyəsi 2008-ci ildə olub ki, onda da 500 milyona catmayıb, 490 milyon dollar olub. O vaxtdan sonra dövriyyədə azalmalar baş verib. 2021-ci ildə isə 2008-ci illə müqayisədə 4 dəfəyə qədər azalaraq, 135,7 milyon dollar olub. Amma işgüzar münasibətlərin artırılması öz effektini verməyə başlayıb. Belə ki, 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 341% (4,4 dəfə) artaraq 598 milyon 400 min ABŞ dolları təşkil edib (Bu məsələdə əsas faktorlardan biri Rusiya-Ukrayna müharibəsi olub). Artım hələ də davam edir. Bu ilin yanvar-fevral aylarında isə ticarət dövriyyəsi 15 faizə yaxın artıb. Amma potensial, təbii ki, daha çoxdur", - iqtisadçı deyib.
E.Əmirovun sözlərinə görə, Qazaxıstan Azərbaycanla regional iqtisadi və siyasi münasibətlərdə ən əsas ölkələrdən biri ola bilər. Çünki bir sıra ciddi amillər var: a) Qazaxıstan hazırda Azərbaycan bazarında satmaq üçün 304 milyon ABŞ dolları dəyərində 100-dən çox növdə qeyri-xammal əmtəəsini təklif edir. Mövcud ticarət dövriyyəsilə müqayisədə yaxşı məbləğdir. Nəzərə alaq ki, cəmi iki il əvvəl Qazaxıstan Azərbaycana cəmi 96 milyon dollarlıq mal ixrac edib.
b) Hazırda biz nə az nə çox, 9 beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik. Bura BMT, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA və TÜRKSOY daxildir.
c) Qazaxıstan gələcək transxəzər layihələrini gözləmədən bu ildən rahat şəkildə öz neftini Azərbaycanın xeyir-duası ilə (5 illik müqaviləyə görə 1.5 milyon ton) BTC ilə Avropaya satmağa başlayıb. Amma Qazaxıstan tərəfi bu 1,5 milyon ton tranzit həcmi pilot olaraq qiymətləndirir. Getdikcə artırılması gözlənilir. Məsələn tədarük həcmi mart ayında 20 min ton təşkil edirdisə, apreldə125 min tona çatması planlaşdırılır.
d) Qazaxıstandan nə aşağı dəhliz, nə də yuxarı dəhliz keçmir. Yalnız Orta Dəhliz bu ölkədən keçir ki, Azərbaycan da bu dəhlizi daha çox dəstəkləyir. Halbuki, hər üç dəhliz onsuz da Azərbaycandan keçir.
e) Xəzərin bölgüsü məsələsində də, ən asan qarşılıqlı razılığa gəlmiş 2 ölkə məhz Azərbaycan və Qazaxıstandır (Xəzərin Hüquqi Statusu Haqqında Konvensiya da məhz 2018-ci ildə elə bu ölkədə imzalandı).
f) BTQ dəmir yolu məhsulları Çindən Türkiyəyə cəmi 12 günə çatdırıla bilir ki, bu da Azərbaycanla yanaşı Qazaxıstanı da Avropa və Asiyanın mühüm iqtisadi mərkəzlərinə çevrilməsinə kömək edir.
g) Hazırda Qazaxıstanda Azərbaycan kapitallı 1195-dən çox şirkət və 210 birgə müəssisə fəaliyyət göstərir. Azərbaycanda isə Qazaxıstan kapitallı 145 şirkət fəaliyyət göstərir.
Göründüyü kimi həm yetişdirilmiş vəziyyət, həm ölkə başçısının fasiləsiz səfərləri və Hökümətlərarası Komisiyanın işgüzar münasibətləri digər Mərkəzi Asiya ölkələri ilə olduğu kimi Qazaxıstanla da münasibətlərin inkişafına ciddi zəmin yaradır", - deyə iqtisadçı yekunlaşdırıb.
Ayşən Rəhim
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Emosional mübahisələr başlaya bilər
-
Sosial00:00
İDDİA: "Kənd yumurtası" adı altında broyler yumurtaları satılır - VİDEO
-
Magazin21 Dekabr 23:36
“Bir də evlənərəm, bir də boşanaram”
-
Pul1 Dekabr 23:24
Ən aşağı kredit faizləri bu rayonlarda VERİLİR
-
Nida Xəbər 1 Dekabr 22:48
Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri - VİDEO
-
Magazin11 Dekabr 22:24
Xalq artisti ondan 55 min manat təzminat TƏLƏB EDİR - FOTO
-
İdman1 Dekabr 21:24
Qurban Qurbanov: "Ola bilsin ki, zədəsi ciddi olsun"
-
İdman1 Dekabr 20:55
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub etdi - YENİLƏNDİ