Sosial
"Müğənnilər o toyda pulsuz oxuyub, 1000-ə yaxın qonaq gəlib"
"Heç kəs toya qonarar qarşılığında gəlməmişdi. Toy sahibi tərəfindən orada oxuyan müğənnilərə bir manat belə qonarar verilməyib".
Publika.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu Əməkdar artist Ehtiram Hüseynov 32 ildən sonra Laçın şəhərində keçirilən toy məclisindən danışarkən deyib. Müğənni sözügedən toyda təmannasız oxuduğunu bildirib:
"Ola bilər ki, kimsə hansısa müğənnini dəvət edib, ona hörmət eləyib, bu ayrı məsələdir. Amma konkret toy sahibindən bir manat da almamışıq. Toyda çoxlu müğənni var idi - Elçin Cəfərov, Aşıq Sahil, Habil Əzimov və başqaları. Hamımız çox sevincli idik. 32 il eyni arzu ilə yaşamışdıq. Ay Allah Laçında toy olsun, ilk toyu mən oxuyum deyə yalvarmışdıq. Hamını arzusu həyata keçdi. Toyda nə görsəm yaxşıdır, gəlinin atası mənim sinif yoldaşım. İnanın ki, bunu orda bildim".
Ehtiram Hüseynov toyda 1000-ə yaxın qonağın olduğunu vurğulayıb:
"Bakıdan gələn qonaqların da sayı çox idi. Toyun sorağını eşidən hər kəs Laçında idi. 32 ildən sonra Laçında toy sədaları eşidildi, yüksək səviyyədə bir məclis quruldu. Toyun kim tərəfindən təşkil edildiyini dəqiq bilmirəm, amma görünən o idi ki, dövlətin dəstəyi var. Laçında olan hökumət rəsmilər, vəzifəli şəxslərin hər biri orda idi. Elə insanlar var idi ki, heç onu toy sahibi tanımırdı, eşidib gəlmişdilər. Gözlənilənlərdən daha çox qonaq gəlmişdi".
Qeyd edək ki, bir neçə gün öncə 32 ildən sonra ilk dəfə olaraq Laçın rayonun Zabux kəndində toy məclisi keçirilib. Zabux kənd sakinləri Nurlan Əlizadə və Gülnar Cəfərovaya xoşbəxt günləri münasibəti ilə xeyir-dua verilib.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































