Sosial
Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb
“Unibank” KB ASC 2024-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 16.34 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində artım qeydə alınıb. Belə ki, dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 80.4 milyon manata çatıb. Əsas maliyyə göstəricilərinin yüksəlməsi fonunda bankın xalis mənfəəti 70 %-dən çox artaraq, rübün sonuna 7.4milyon manat təşkil edib.
2024-cü ilin 1-ci rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2023-ci ilin birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 11.4 % artıb.
Hər zaman olduğu kimi real sektorun kreditləşməsi “Unibank”ın prioritetləri sırasında olub. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 20% artaraq 348 milyon manata yaxın olub. Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 27 %-dən çox artaraq, 184.7 milyon manata çatıb. Verilən mikrokreditlərin həcmi isə 2023-cü ilin birinci rübü ilə müqayisədə 23 % artaraq, 57 milyon manata çatıb.
Dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 22.8 % artaraq, 164 milyon manat olub. 2024-cü ilin ilk 3 ayında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin ilk rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13 %-ə yaxınlaşıb. Hesabat dövrünün sonuna bankın aktivləri 1 milyard 588 milyon manatı ötüb.
Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 136 milyon manat artaraq, bu ilin ilk rübünün yekununda 684 milyon manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 41% artaraq 2.6 milyard manatı keçib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank-Sənin Bankın!
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO