ABŞ
Atəşkəs elan edildikdən sonra ABŞ ordusuna ƏMR VERİLDİ
ABŞ Silahlı Qüvvələri elan edilmiş atəşkəs rejiminə uyğun olaraq İran ərazisinə zərbələr endirməyi dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat yayıb.
"ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, Amerika hərbçilərinin İrana qarşı zərbələri iki həftəlik atəşkəs razılaşmasına əsasən dayandırılıb", - deyə məlumatda qeyd olunur.
Aprelin 8-də İran, ABŞ Prezidenti Donald Trampın atəşkəs barədə sözlərindən sonra Birləşmiş Ştatlar üzərində qələbə çaldığını elan edib. İslam Respublikasının dövlət orqanının məlumatına görə, Vaşinqtonla əldə olunan iki həftəlik atəşkəs razılaşması Amerika qoşunlarının Yaxın Şərqdəki bütün bazalardan çıxarılmasını, bütün sanksiyaların ləğvini, İranın xaricdəki aktivlərinin dondurulmuş vəziyyətdən çıxarılmasını, həmçinin İrana təzminat ödənilməsini nəzərdə tutur.
Bundan əvvəl Prezident Tramp İranla iki həftəlik atəşkəs elan etmişdi. Amerika lideri bombardmanları dayandırmağa razı olub. Onun sözlərinə görə, bu qərar Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin Quru Qoşunlarının qərargah rəisi Asim Munir ilə aparılan danışıqların yekunu olaraq qəbul edilib.
Hüseyn İbadlı
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
