Sosial
Unun bahalaşması çörəyin qiymətinə təsir edəcək? - Yaxın həftələrdə...
Azərbaycanda unun qiyməti artmaqda davam edir. Bahalaşma 50 kiloqramlıq un kisəsində daha çox hiss olunur. Əvvəlki aylarda 27 manata satılan 50 kiloluq un hazırda satış məntəqələrində 32 manata və daha baha qiymətə təklif olunur.
Bahalaşma çörəyin qiymətinə təsir edəcək?
İqtisadçı Xalid Kərimli Publika.az-a bildirib ki, hazırda bu bahalaşma çörəyin qiymətinə elə də təsir etməyəcək:
“Bahalaşma yerli bazarla yanaşı dünya bazarında da var. Ötən illərə nəzər salsaq görərik ki, qiymətlər daim qalıx-düşüb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə qiymətlər demək olar ki, eynidir. Nəzərə almaq lazımdır ki, keçən ilin iyul-avqust aylarında unun qiyməti baha idi. Daha sonra qiymət tədricən düşdü. İndi yenidən artım müşahidə olunur. 2022-ci ildə un kəskin bahalaşmışdı. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsi idi. İndiki qiymət artımı isə o səviyyədə deyil”.

Ekspert əlavə edib ki, hazırda olan qiymət artımı dərhal çörəyin bahalaşmasına səbəb olmayacaq: “Dünya bazarında buğda qiymətləri yüksəlməyə doğru davam edərsə, çörəyin qiymətində artım ola bilər. Bir sözlə, yaxın həftələrdə çörəyin bahalaşması gözlənilmir. Unun qiyməti çörəyin maya dəyərinin 40-50 faizini təşkil edir. Bu, indiki qiymət artımında çox cuzi qəpiklər deməkdir”.
Aysel Şahmar
-
Qoroskop01:40Günün ulduz falı: Tələsik addımlar atmayın!
-
Hadisə00:35Mirmahmud Mirəlioğlunun qəfil ölən 18 yaşlı nəvəsinin FOTOLARI
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...
-
İdman17 Dekabr 20:38Bu zədə ona baha başa gəlir: Hər oyuna görə 55 milyon itirir
-
Sosial17 Dekabr 18:50Azərbaycanda bir qrup şəxsə avtomobil VERİLƏCƏK








.jpg)



























