Sosial
Qarabağı azad edəndə o da bizimlə idi: Döyüş zamanı çəkilən nadir kadrlar - VİDEO
“Qarabağı düşmən tapdağından azad edəndə o da bizimlə idi. Onun “Laçınım mənim” fəryadının təsiri ilə silaha sarıldıq, o mahnıyla vuruşduq, o mahnıyla qalib gəldik”.
Publika.az xəbər verir ki, bu sözləri əməkdar artist Məhəbbət Kazımovun Laçında keçirilən xatirə gecəsində Vətən müharibəsinin könüllü iştirakçısı, doktor Tural Xaspolad deyib.
O bildirib ki, bizim müqəddəs zəfərimizdə musiqinin izaholunmaz təsiri var:
“Vətən həsrətilə oxunan nəğmələr də müharibədə döyüşüb, o mahnıları oxuyan sənətkarlar da”.
Turalın döyüş zamanı çəkdiyi nadir kadrlar bütün tamaşaçıları həyəcanlandırıb.
Laçının Həkəri bulvarında açıq səma altında baş tutan ədəbi-bədii gecədə mərhum müğənninin musiqiləri sərasər səslənib. Məhəbbət Kazımovun Azərbaycan Televiziyasının arxivində saxlanılan nadir müsahibələri, süni intellektlə yaradılan obrazı, məşhur mahnıların remiksləri, müasir aranjemanları, onun öz ifaları, həmçinin sənət dostlarının söylədikləri xatirələrdən ibarət 4 saatlıq şeir-sənət bayramı bir göz qırpımında keçib.
Azərbaycan Prezidentinin Laçın nümayəndəliyinin təşəbbüsü və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı ilə keçirilən gecə minə qədər tamaşaçının böyük sevgisi və coşqusu ilə müşayiət olunub. Bu, Məhəbbət Kazımov mahnılarının təntənəsi idi.
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq










.webp)









.jpg)
















