Sosial
İmdad Əlizadə: “Parlament seçkilərini Qarabağda qazanılan Zəfərin...”
“Parlament seçkiləri hər bir ölkənin siyasi sistemdə mühüm bir prosesdir, siyasi hadisədir. O nöqteyi-nəzərdən Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkiləri də ölkəmizin həyatında mühüm hadisə kimi qiymətləndirilə bilər. Amma 2024-cü ildə formalaşdırılacaq yeni parlamentin Azərbaycanın həyatında başqa bir özəlliyi də var: İndiki parlament Qarabağda qazanılan böyük Zəfərdən sonra formalaşdırılır. Ona görə də növbədənkənar parlament seçkilərini Qarabağda qazanılan Zəfərin davamı olaraq qiymətləndirmək olar”.
Publika.az xəbər verir ki, bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Laçından olan jurnalist İmdad Əlizadə deyib.
O, əmin olduğunu bildirib ki, parlamentin yeni heyəti əsas diqqətini işğaldan azad olunmuş ərazilərdə görülən bərpa, quruculuq işlərinə, Böyük Qayıdışa yönəldəcək.
İ.Əlizadə deyib ki, indiyə qədər təşviqat kampaniyası normal qaydada davam edir: “Güman edirəm ki, səsvermə və səslərin sayılması, yeni parlamentin formalaşması da bu formada həyata keçiriləcək”.
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı



























.jpg)








