Sosial
İşçilərin hüquqlarını pozdu - 20 min CƏRİMƏLƏNDİ
Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Publika.az xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, "HAYAT" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Goranboy Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
-
Dünya18:24Türkiyədən 1 milyard dollar və ən gözəl qadını istədi - Əks təqdirdə bu addımı atacaq
-
ABŞ17:35İran nüvə ambisiyalarından imtina etmək istəmir! - Tramp
-
Nəqliyyat17:18Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
MDB16:41Putin və Pezeşkian telefonla müzakirələr apardılar
-
Sağlamlıq15:59Bu qidalar dəridə tünd ləkələrə səbəb olurmuş
-
ABŞ15:49Kanadanın Baş naziri ABŞ əleyhinə elə sözlər dedi ki...
-
İdman15:40İslam Maxaçevi qarət etdilər - Fotolar
-
Sosial14:23Alyona Əliyevadan Pasxa bayramı ilə bağlı paylaşım - Foto

















.jpg)


















