Sosial
Uşaq pornosu yayan azərbaycanlı saxlanıldı - ƏMƏLİYYAT VİDEOSU
Sankt-Peterburqda polis internetdə azyaşlıların iştirak etdiyi pornoqrafik materialları yaymaqda şübhəli bilinən şəxsi saxlayıb.
Publika.az bu barədə "78.ru"ya istinadən xəbər verir.
Bildirilir ki, ötən gün Butlerov küçəsindəki 30 saylı evdə 36 yaşlı işsiz Azərbaycan vətəndaşı saxlanılıb. Müəyyən edilib ki, o, təxəllüsü ilə bir sosial şəbəkədə istifadəçilərin şəxsi mesajlarına uşaqların əks olunduğu qeyri-etik videoları göndərib.
Məlumatı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti də təsdiqləyib.
Miqrantın yaşadığı ünvanda aparılan axtarış zamanı azyaşlıların iştirak etdiyi pornoqrafik məzmunlu videoyazıların saxlandığı sim kart və mobil telefon götürülüb. Faktla bağlı cinayət işi açılıb.
Kişi təcridxanaya yerləşdirilib. Hazırda onun digər mümkün cinayətlərdə iştirakı müəyyən edilir.
Adəm Abbaslı
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova



































.jpg)
.jpg)