Sosial
Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olundu
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da mədəniyyət naziri Adil Kərimli ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) baş direktoru Medea Ekner arasında ikitərəfli görüş olub.
Publika.az xəbər verir ki, xanım qonağı salamlayan nazir COP29 kimi mötəbər bir tədbirdə iştirak etdiyinə görə təşəkkür edib.
Bildirilib ki, Azərbaycan dövləti tarixi-mədəni irsin qorunduğu muzeylərin fəaliyyətinə xüsusi diqqət göstərir. Azərbaycanın aparıcı muzeyləri fəaliyyətini müasir tələblər səviyyəsində qurur, dünyanın məşhur muzeyləri ilə, o cümlədən ICOM-la əməkdaşlığa əhəmiyyət verirlər.
ICOM-un rəhbəri qurum haqqında məlumat verib, həyata keçirdikləri tədbir və layihələrdən danışıb.
Medea Ekner Azərbaycan muzeylərinin şura ilə əməkdaşlığını yüksək qiymətləndirib, həmçinin milli komitənin qurumun işində aktiv iştirak etdiyini diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycan muzeylərinin ICOM-un layihələrinə cəlb olunması, ölkəmizin təşkilatın 2025-ci ildə Dubayda (BƏƏ) keçiriləcək baş konfransında təmsil olunması məsələləri ilə bağlı müzakirə aparılıb.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.
-
Region04:44İstanbulda DƏHŞƏT YAŞANDI - Durdonanın başını kəsdilər, bədən üzvlərini isə...
-
Nəqliyyat03:43Sürücülər üçün təhlükə törədən səki: "Nə işıq, nə yol nişanı var" - VİDEO
-
Magazin200:30"Kurtlar Vadisi"nin aktyorları 22 il sonra eyni serialda - FOTO
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə iki mesaj göndərir
-
Hadisə24 Yanvar 23:36Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
-
İdman24 Yanvar 23:24“Başında şiş var idi, görüb pis oldum”
-
Magazin124 Yanvar 22:487 kiloqram arıqlayıb belə oldu - FOTO







































