Sosial
Müharibə veteranlarına verilən müavinət 200 manat ARTIRILACAQ? - TƏKLİF
2025-ci ilin dövlət büdcəsində sosialyönlü xərclər üçün 16 milyard 909,7 milyon manat ayrılması planlaşdırılır.
Publika.az xəbər verir ki, bu göstərici büdcənin sosial sferaya verdiyi önəmin davamlı olaraq artırıldığını göstərir. Ayrılan vəsait əsasən cəmiyyətin sosial müdafiəsini gücləndirmək və vətəndaşların rifahını təmin etmək məqsədinə xidmət edəcək.
Bu sosial xərclər əhalinin əsas ehtiyaclarının qarşılanmasına xidmət edəcək və ölkədə sosial rifahı daha da yaxşılaşdıracaq. Belə yanaşma dövlətin sosial məsuliyyətinin gücləndirilməsinə dair strateji məqsədin davamlı şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib ki: “Veteran pulu" heç olmasa 20-30 manat qaldırılsın:
“Biz 80 manatı o zaman onların kommunal xidmətlərinə uyğun olaraq vermişdik. Axı indi su, qaz, işıq pulları qalxıb. Metro və avtobus qiymətləri də qalxıb”, - o deyib.
Ombudsman Səbinə Əliyeva da "Veteran pulu"nun artırılması təklifi ilə çıxış edərək müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır”, – deyə bildirib.
Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat nə qədər artırıla bilər?
Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Ajans.az-a bildirib ki, artımın məbləği hökumətin qərarından asılı olacaq, amma son 2 ildə veteranların məvacibi artırılmayıb:
“Bu verilən dəstək heç olmasa indeksasiya olunmalıdır. Son iki ildə nə qədər inflyasiya gedibsə, həmin məvacib də ən azı o qədər artırılmalıdır. Digər tərəfdən son iki ildə 2 əməkhaqları, pensiyalar və sosial müavinətlər artırıldığı təqdirdə müharibə veteranlarına verilən 80 manatlıq məvacib artırılmır. Bu məsələyə həmin prizmadan baxmaq lazımdır. Bu gün veteranlara verilən məvacib minimum pensiya məbləği həddində olmalıdır. Yəni ən azı 280 manat olmalıdır, lakin onlara hələ də 80 manat verilir".
İqtisadçı qeyd edib ki, bu məbləğin ciddi artıma ehtiyacı olduğu halda hələ də veteranlar üçün maddi yardım 80 manat məbləğində qalır. Onun sözlərinə görə, deputatlar və digər rəsmilər bildirir ki, bu 80 manat veteranlara kammunal xidmətlərini ödəməsi üçün verilir:
“Buna da əsas gətirirlər ki, kommunal xidmətlər qalxmadığına görə, bunu qaldırmırıq. Lakin məsələ burasındadır ki, son iki ildə qazın, suyun və digər kammunal xidmətlərin qiyməti artıb. Bu düzgün məntiq deyil. Müharibə veteranlarına verilən məvacibin kommunal xidmətlərin ödənilməsi üçün nəzərdə tutulması düzgün deyil”.
Akif Nəsirli əlavə edib ki, bu gün bu mövzu parlamentdə qaldırılıbsa, ümid edirik ki, yaxın zamanlarda həmin 80 manat məvacibinin artırılması ilə bağlı da qərar verilə bilər.
-
İdman00:45
İsveç - Azərbaycan oyununda 3-cü qol - CANLI / YENİLƏNİR
-
Qoroskop00:05
Günün ULDUZ FALI - Axşam saatlarını romantika yaşayacaqsınız
-
İdman00:00
Azərbaycan hərbçiləri İrəvana getməkdən İMTİNA ETDİLƏR
-
Sosial19 Noyabr 22:24
Müharibə veteranlarına verilən müavinət 200 manat ARTIRILACAQ? - TƏKLİF
-
Magazin119 Noyabr 22:00
Minadan yenidən ərə getməsi ilə bağlı suala REAKSİYA - VİDEO
-
İdman19 Noyabr 21:24
UEFA kubokunun ikiqat qalibi öldü - FOTO
-
ABŞ19 Noyabr 20:48
Görünməmiş fırıldağın ÜSTÜ AÇILDI - Özünü məxfi agent kimi təqdim etdi, sonra...
-
Sosial19 Noyabr 20:24
Bakının mərkəzində illərdir gizli qalan tarixi abidə - FOTOLAR