Sosial
Çingiz Əsgərov COP29 çərçivəsində keçirilən rəsmi yan tədbirində panelə sədrlik etdi
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində "İqlim dəyişikliyi və məhkəmələr: İqlim mühakiməsi üzrə məhkəmə perspektivləri" mövzusunda keçirilən rəsmi yan tədbirində panelə sədrlik edib.
Publika.az xəbər verir ki, Çingiz Əsgərov Azərbaycanda ekoloji hüquq sahəsində məhkəmə təcrübəsi və ölkəmizin beynəlxalq səviyyədə atdığı addımlar barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasında sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunub, müvafiq qanunlarda və digər normativ-hüquqi aktlarda bu hüququn həyata keçirilməsi qaydası və təminatları müəyyən edilib.
Çingiz Əsgərov həmçinin ətraf mühitlə bağlı milli məhkəmələrin hökm və qərarlarının əhəmiyyətini qeyd edib və bu sahədə beynəlxalq tribunalların presedent hüququnun inkişafına töhfə verdiyini vurğulayıb.
-
Banklar 01:41Banklardan kredit götürənlərin NƏZƏRİNƏ - Yaxın dövrdə nə gözlənilir?
-
MDB00:45Trampın kürəkəni “ağıllı” üzük və qırmızı iplə DİQQƏT ÇƏKDİ - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu iki enerji birlikdə möcüzə yaradır
-
Magazin125 Yanvar 23:36"Bu o deməkdir ki, sən sənət adamı deyilsən"
-
Region25 Yanvar 22:48İran alçaq hündürlükdə uçuşlara QADAĞA QOYDU
-
Magazin125 Yanvar 22:36"Məzar yerimi və kəfənimi almışam" - VİDEO
-
Hadisə25 Yanvar 22:12Generalın yerinə təyin edilən Arzu Yusifova İŞDƏN ÇIXARILDI
-
Region25 Yanvar 22:00Türkiyədə zəlzələ baş verdi




































