Sosial
Azərbaycanda insanlar niyə ət yemirlər? - ŞOK SƏBƏB
Ekspertlər dünyada adambaşına illik ət istehlakı normasının 76 kiloqram olduğunu bildirirlər. Həmçinin dünyada adambaşına illik balıq istehlakı 21, quş əti isə 24 kiloqram olmalıdır. ABŞ, İspaniya, İngiltərə kimi ölkələrdə adambaşına ildə 30 kiloqram olan ət istehlakı Türkiyədə 10 kiloqramın altına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ayda adambaşına 2-3 kilo mal və qoyun əti düşür. Yəni adambaşına ət istehlakına görə digər ölkələrlə müqayisədə geri qalırıq. Bəs bu fərqin əsas səbəbi nədir?
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Publika.az-a açıqlama verib.
O bildirib ki, ət məhsullarına tələbatın Azərbaycanda aşağı olmasının səbəbi əhalinin alıcılıq gücü ilə bağlıdır:
“Azərbaycan vətəndaşları sağlam qidalanmaya çox da meylli deyillər. Ölkəmizdə vegetarian və veqan baxışlar çox zəif inkişaf edib. Etik istehlak bu gün Azərbaycan icmasında müzakirə olunan məsələ deyil. Buna görə də faktiki olaraq bu gün Azərbaycanda illik adambaşına düşən ət istehlakının aşağı olmasının səviyyəsi birbaşa olaraq alıcılıq gücü ilə əlaqədardır. Bu istiqamətdə qiymətlərin davamlı bahalaşması da müəyyən mənada prosesə öz təsirini göstərir. Gəlirlərin qeyri-ədalətli bölüşdürülməsi faktorunun burada rolu böyükdür. Əhalinin xüsusilə də 4-5 illik ət istehlakı göstəricisi daha aşağı səviyyədədir”.
Ümumdünya Səhiyyə Təşkilatına görə, sağlam qidalanma üçün insan 50 faiz karbohidrat, 20 faiz zülal və 30 faiz yağ istehlak etməlidir. Qırmızı ətin tərkibində 40% B12, B3, B6, dəmir və 35% sink var. Həftədə iki dəfə əl ölçüsündə ət yemək kifayətdir. Hər gün ət yemək düzgün deyil. Qırmızı ət əzələ quruluşu üçün faydalıdır. Uşaqlar, gənclər və çox işləyən insanlar üçün ət çox vacibdir. Qırmızı ət istehlakı qeyri-kafi olarsa, bədənimiz onu əzələlərdən udmağa başlayır və bu da əzələlərin zəiflənməsinə səbəb olur.
“Ölkədə istehlak olunan ətin strukturu da ayrı müzakirə mövzusudur. Yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda insanlar daha çox quş əti istehlakına üstünlük verirlər. Buna görə də digər ət növlərinə tələbat azdır. Statistik təhlilin göstəriciləri bizə onu deməyə əsas verir ki, istehlak səbətinin strukturunun keyfiyyətsizliyi, eyni zamanda əhalinin sağlam qida məhsullarına tələbatının aşağı olması birbaşa vətəndaşın alıcılıq gücü ilə əlaqəli məsələdir”.
Aysel Şahmar
-
Nəqliyyat19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal19:05
Ramin Deko saxlanıldı
-
Kriminal18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu
-
Hadisə17:52
25 yaşlı oğlanın evli qadınla sevgi macərası ölümlə bitdi: özünü eyvandan atdı
-
Sosial17:11
Sabiq qərargah rəisi saxlanıldı
-
Maraq dünyası16:20
2 bürc gələcəyi görür - Xüsusi istedadları var
-
MDB15:28
Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar