Sosial
Qafar Dəmirçinin şikayəti rədd edildi - Həbsdə qaldı
Şəkidə meşəlik ərazini kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçinin həbsindən seçilmiş həbs qətimoan tədbirin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə verdiyi vəsatət təmin olunmayıb.
Qeyd edək ki, Qafar Dəmirçi barəsindəki 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Qafar Dəmirçi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, ittihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Bu ittiham təsdiqini taparsa Dəmirçi 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, “AQA Şirkətlər Qrupu”nun prezidenti Qafarın atası Aydın Dəmirçidir. Həmin şirkətə çoxsaylı plazalar-“Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqaları daxildir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.
-
Nida Xəbər 13:20
Hərbi xidmətlə bağlı dəyişikliklər I oxunuşda qəbul edildi
-
Dünya12:36
Əsəd elə plan qurub ki, şeytanın da ağlına gəlməz: bu ölkədə də milyonları var imiş
-
Sosial12:20
DTX-dən əməliyyat: ekstremist qruplaşma ifşa edildi
-
İdman11:36
Planetin ən seksual hokkeyçisi sosial şəbəkəni "partlatdı" - FOTOLAR
-
Nida Xəbər 11:15
Əli Əsədovdan tibbi maska ilə bağlı qərar - Daha 3 il...
-
Sosial10:26
Vəli Məmmədova yeni vəzifə verildi - FOTO
-
Maraq dünyası09:56
Bükülmüş ilan gəlir: Kimləri çalacaq, kimlər üçün zəhəri məlhəm olacaq?
-
Köşə09:12
Azərbaycanda 45, İsveçdə 59 - Qurban Qurbanov dəhşətli faktı açıqladı