Sosial
Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başladı - FOTO
Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.
Publika.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bağçada yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, 34 ildən sonra fəaliyyəti bərpa edilən uşaq bağçası 80 yerlikdir. Burada 4 yataq otağı, 4 yemək və oyun otağı, 5 mətbəx, 1 tibbi otaq, 4 inzibati otaq, 1 anbar, 1 iclas zalı, 1 musiqi otağı və 7 sanitar qovşaq mövcuddur.
Bağça 4 qrupdan ibarətdir. 1 yaşdan 3 yaşadək kiçik qrup, 3 yaşdan 4 yaşadək orta qrup, 4 yaşdan 5 yaşadək böyük qrup və 3 yaşdan 6 yaşadək böyük qarışıq qrup var .
Kiçik qrup üzrə 10 uşaq, orta qrup üzrə 12, böyük qrup üzrə 16, böyük qarışıq qrup üzrə 5 uşaq olmaqla, 43 uşaq hazırda bağçada təlim-tərbiyə alır. Burda 15 nəfər işlə təmin olunub.
Xocalı şəhərində isə 32 ildən sonra ilk körpələr evi- uşaq bağçasının açılışı olub.
Açılış mərasimində rəsmi qonaqlarla yanaşı valideynlər və bağça kollektivi də iştirak edib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayaraq, dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edib.
İşğaldan azad olunmuş torpaqlarımızda yenidən yaradılan təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsindən, yeni istifadəyə verilən bağçalarda uşaqlara yaradılan şəraitdən danışıb.
Qeyd edək ki, bağça 40 uşaq yerlikdir və 2 qrupdan ibarətdir. 24 uşağın təlim-tərbiyəsi ilə 14 işçi məşğul olur. Müasirliyi ilə seçilən bu uşaq bağçasında 2 yataq otağı, 2 yemək və oyun otağı, 2 mətbəx, 2 inzibati otaq, 1 anbar, 1 tibb otağı və 2 sanitar qovşaq mövcuddur.
-
MDB07:47Psixoloq qulaqcıqı həblə səhv salaraq UDDU - “Əgər musiqi açsan...”
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Mourinyo onunla Özilə təlimat çatdırdı: “Sonra bizə qol vurdu”
-
Magazin106:16“Oğullarıma söz vermişəm” - Doğuş 14 il sonra “Survivor”da!
-
ABŞ05:45ABŞ-da 130 mindən çox ev zülmətə qərq oldu
-
Nəqliyyat03:43Sürücülər üçün təhlükə törədən səki: "Nə işıq, nə yol nişanı var" - VİDEO
-
Magazin200:30"Kurtlar Vadisi"nin aktyorları 22 il sonra eyni serialda - FOTO
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO



































