Sosial
Xocavənddə partlayış: Xəsarət alan var - Yeniləndi
Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.
Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib.
xxx
Xocavənd rayonunda hərbi sursat partlayıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.
Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Sadıqov Əli Ələhbər oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət almışdır.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş









.jpg)





.jpg)





















