Sosial
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının məsul şəxslərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Publika.az xəbər verir ki, müşavirədə çıxış edən Baş prokuror bu ilin 4 ayı ərzində prokurorluq orqanlarının fəaliyyəti və görülmüş işləri təhlil edərək qarşıda duran vəzifələrə dair bir sıra tapşırıqlar verib.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu və banisi olduğu müasir Azərbaycanda Prezident İlham Əliyevin çağdaş dövrün çağırışlarına uyğun islahatlar həyata keçirməsi hüquq sahəsində də müasirləşməni təmin edib və bu islahatlar prokurorluq orqanlarının fəaliyyətinə müsbət təsirini göstərib, xidməti fəaliyyətdə keyfiyyət və səmərəlilik nəzərəçarpacaq dərəcədə yüksəlib. Lakin, əldə edilmiş nailiyyətlərə kifayətlənilməməli, mövcud vəziyyət təhlil edilməklə, habelə qabaqcıl beynəlxalq təcrübə öyrənilərək fəaliyyətin daha da səmərəli olması üçün tədbirlərin icrası davam etdirilməlidir.
Çıxış zamanı həmçinin bildirilib ki, prokurorluq orqanları tərəfindən dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizə bundan sonra da gücləndirilməli, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahəsində və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət davam etdirilməlidir.
Baş prokuror prokurorluğun qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə, o cümlədən prosessual rəhbərlik və prosessual nəzarət, ibtidai araşdırmanın keyfiyyətinin və tezliyinin artırılması, qətimkan tədbirlərinin seçilməsi, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması sahəsində işin səmərəliliyinin artırılması istiqamətində konkret göstərişlər verib.
Bundan başqa Baş prokuror əhalinin hüquqi biliyinin artırılması istiqamətində konkret sahələr üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin, ali təhsil müəssisələrinin hüquq fakültələri ilə gənc hüquqşünaslarının yetişdirilməsi işində yaxından əməkdaşlıq edilməklə tədris prosesində prokurorluq əməkdaşlarının iştirakının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Çıxış zamanı həmçinin ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb və prokurorluq əməkdaşları tərəfindən xarici ölkələrdə təlim-tanışlıq tədbirlərində iştirak etməklə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin təmin edilməsinin vacibliyi qeyd olunub.
Baş prokuror tərəfindən “Elektron Prokurorluq” informasiya sisteminin bütün prokurorluq orqanlarında tətbiq olunduğu, bu sistemin həmçinin cinayət-prosessual fəaliyyətin rəqəmsal müstəviyə keçməsinə imkan verdiyi bildirilməklə müasir çağırışlara uyğun olaraq sistemin daim təkmilləşdirilməsi və mümkün fəaliyyət istiqamətləri üzrə süni intellektin tətbiq edilməsi imkanlarının nəzərdən keçirilməsi ilə bağlı göstərişlər verilib.
Müşavirə zamanı həmçinin xidməti fəaliyyətin konkret sahələri üzrə yol verilmiş nöqsanlar səsləndirilməklə onların aradan qaldırılması istiqamətində görülməli işlər, qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılıb.
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO




































