Sosial
Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi
İyulun 4-də Mədəniyyət Nazirliyində Mərakeş Krallığından olan bir qrup tanınmış media nümayəndəsi ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə “Morocco World News”, “Zamane”, “Al-Alam”, “Le Matin”, “Hespress”, “Al Ahdath Al Maghribia”, “Maroc Hebdo” və “Le360” kimi nüfuzlu media orqanlarının təmsilçiləri iştirak ediblər.
Nümayəndə heyətini salamlayan mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan-Mərakeş münasibətlərində mədəni əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıb, ölkəmizin qədim tarixi, mədəni irsi və multikultural ənənələri haqqında qonaqlara ətraflı məlumat verib. O, bu cür qarşılıqlı səfərlərin xalqlarımız arasında yaxınlaşmaya və informasiya mübadiləsinin genişlənməsinə töhfə verdiyini qeyd edib.
Mərakeşli jurnalistlər Azərbaycanın mədəniyyət ocaqları ilə tanışlıqdan məmnunluqlarını ifadə edərək ölkəmizin zəngin mədəni mənzərəsinin onlarda dərin təəssürat yaratdığını bildiriblər.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Azərbaycanda mədəni irsin qorunması, beynəlxalq mədəniyyət layihələri və dövlətimizin mədəniyyət siyasəti haqqında danışıb.
Söhbət zamanı bu qəbildən səfərlərin iki ölkənin media və mədəniyyət dairələri arasında gələcək əməkdaşlıq üçün bir platforma ola biləcəyi diqqətə çatdırılıb, birgə layihələrlə bağlı təkliflər səsləndirilib.
-
Dünya05:45NATO Türkiyədən görün nə tələb etdi
-
Qoroskop01:40Günün ulduz falı: Gözlənilməz hədiyyə sizi sevindirəcək
-
Nida Təhlil 01:01Xameneinin “aradan götürülməsi” – Trampa çıxış yolu təklif edilir
-
Art12 Yanvar 22:28Yüzlərlə tanınmış şəxs qurumdan çıxarılacaq - Fevralın 1-dək vaxt verildi
-
İdman12 Yanvar 21:37“Real Madrid” Xabi Alonso ilə yollarını ayırdı
-
ABŞ12 Yanvar 21:13ABŞ 100 mindən çox vizanı ləğv etdi
-
Sosial12 Yanvar 21:00Bakıda ən ucuz torpaq sahələri - QİYMƏTLƏR
-
İdman12 Yanvar 20:24Dünya çempionunu ürəyindən bıçaqladılar









.jpg)
.jpg)

.jpg)











.jpg)
.webp)









