Sosial
Hökumə Əliyevanın doğum günü qeyd olunur
Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd olunur.
Publika.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL nümayəndələri, həmkarları və rəsmi şəxslər iştirak edirlər.
Qeyd edək ki, yaşasaydı, avqustun 8-də Hökümə Əliyevanın 34 yaşı tamam olacaqdı. Milli Qəhraman xanım əslən Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. H.Əliyevanın valideynləri və qardaşı hazırda Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı
-
Ekologiya07:17Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin206:46Ölən oğlunun evini 6 milyona satır
-
Art05:15Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu - FOTO






































