Sosial
Rayonlardan Bakıya axın başladı - Səbəb nədir?
Əvvəlki illərlə müqayisədə bu yay rayonlardan Bakıya gələnlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Halbuki ötən illərdə yay tətili müddətində paytaxtda insan sıxlığı nisbətən azalırdı.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı osioloq Sahib Altay Bizim.Media-ya açıqlama verib. O bildirib ki, yay aylarında paytaxt sakinləri istirahət üçün rayonlara üz tutduğu kimi, bölgələrdə, xüsusilə kəndlərdə yaşayan insanlar da Bakıya gəlməyə üstünlük verirlər:
“Bakı, Azərbaycanda həm şəhər statusuna, həm də müasir şəhər görüntüsünə sahib yeganə məkandır.
Rayon və kənd sakinlərinin paytaxtı görmək, gəzmək arzusu hər zaman olub. Digər mühüm amil isə dənizdir – yay mövsümündə insanların burada toplaşmasının əsas səbəblərindən biri də məhz budur. Bu səbəbdən yay aylarında paytaxtda sıxlıq artır”, - deyə sosioloq bildirib.
Sosioloqun sözlərinə görə, digər fəsillərdə Bakıya gələn, lakin paytaxtın sıxlığına dözə bilməyən bir çox insan geri qayıdır:
“Artıq Bakı yaşaması çətin bir şəhərə çevrilib. İnsan sıxlığı ciddi problemlər yaradır. Yaxın gələcəkdə bu vəziyyətdən çıxış yolu bölgələrdə infrastrukturun inkişaf etdirilməsi ola bilər”, - deyə o, bildirib.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları











.jpg)





.jpg)






.jpg)

.jpg)







