Sosial
Aysel keçmiş ərini həbs etdirmək istəyir
Bloqer Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasındakı qalmaqal bitmir.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Aysel bu dəfə keçmiş ərini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Bloqer iddia ərizəsində bildirib ki, Oqtay sosial şəbəkələrdə onu təhqir edir, barəsində böhtan xarakterli ifadələr işlədir və narkotik istifadə etməsi barədə yalan məlumat yayır. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də uşaqlarına aliment ödəməkdən yayınır.
Qadın bu səbəblərə əsaslanaraq Oqtay Əhmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini və həbslə cəzalandırılmasını tələb edib.
Qarşı tərəf isə iddiaların əsassız olduğunu deyib, şikayətin rəddini istəyib.
Nəsimi Rayon Məhkəməsi təqdim edilən sübutların kifayət etmədiyi qənaətinə gələrək A.Şükürovanın şikayətini icraata qəbul etməyib.
Ayselin vəkili Mircəlal Muradlı saytımıza bildirib ki, Bakı Apellyasiya Məhkəməsi sonradan həmin qərarı ləğv edib. İş yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılıb. Hələ ki, yeni proses keçirilməyib.
Qeyd edək ki, Aysel Şükürova Bakı “Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. O, bir neçə il əvvəl Oqtayla dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Cütlüyün birgə evlilikdən əkiz oğlan övladı var. Bloqer 3 il əvvəl “Location” gecə klubunda baş verən partlayışda xəsarət almışdı.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları












.jpg)




.jpg)






.jpg)

.jpg)







