Sosial
Saxta spirtli içkilər satan market aşkarlandı
Daxil olan müraciət əsasında Biləsuvar rayonu, Səmədabad kəndində fəaliyyət göstərən Əkrəm Turabxan oğlu Turabova məxsus "Turabov" marketdə plandankənar yoxlama keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı müəssisədə beş ədəd 250 ml-lik "Naturel organic vodka" əmtəə nişanlı araq məhsulunun, həmçinin üç ədəd litrlik və iki ədəd 0.5 l-lik "Belaya organic vodka" əmtəə nişanlı araq məhsulunun üzərində qeyd olunan VÖEN-in müəyyən olunmaması faktı aşkarlanıb.
Eyni zamanda, iki ədəd iki l-lik "Vip BAKU organic vodka" əmtəə nişanlı araq məhsulunun üzərində istehsalçısı, istehsal tarixi və ünvanı barədə məlumatların qeyd olunmadığı məlum olub.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkar edilmiş qida məhsullarının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları












.jpg)




.jpg)






.jpg)

.jpg)







